Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş arvadı Rəvanı ittiham etdi: Gündə 200 manat hesab ödəyir, amma alimenti güclə verir - VİDEO

09.08.2019 14:22 4 892
Keçmiş arvadı Rəvanı ittiham etdi: Gündə 200 manat hesab ödəyir, amma alimenti güclə verir - VİDEO
Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay Rəhimova canlı efirə zəng vuraraq onun barəsində qalmaqallı açıqlamalar verib.

G.Rəhimova R.Qarayevin qeyri-rəsmi yaşadığı xanımın ona və qızına qarşı qeyri-etik hərəkətlər etdiyi bildirib.

“Hazırda Rəvanın həyatında qeyri-rəsmi yaşadığı bir xanım var. O da birinci deyil, on minincidir. Mənim qızım onlara görə psixoloji travma yaşayır. Rəvan qızını əvvəllər biz qaldığımız evə aparır. Uşağa zəng vururam, onunla danışmaq istəyirəm, həmin xanım əlindən telefonu alıb söndürür ki, bəs ananla danışma. Uşaq evə gəlib ağlayır, əsir, deyir ki, ana, sənin dolabında başqasının geyimləri asılıb, məni otaqdan qovur, deyir ki, çıx buradan, bu otaq atanla mənim otağımdır. Xanımın bu əməllərini qınamıram, çünki bütün bunlara icazə verən Rəvandır”, - o qeyd edib.

G.Rəhimova, həmçinin Rəvanın qızına yaxşı baxdığını və maddi kömək etdiyi kimi iddialarının yalan olduğunu deyib:

“Mən Rəvandan boşananda ondan heç bir şey tələb etməmişəm - nə ev, nə maşın. Halbuki onun imkanı var, hər şey edə bilər. Hazırda Rəvan 200 manat aliment verir. Rəvan gündə 200 manat hesab ödəyir, amma qızına ayda 200 manat aliment verir. Bu pula uşağın bağçasının pulunu ödəyim, geyindirim, həkimə aparım, gəzdirim, yoxsa qarnını doydurum? Uşaq üçün hər şeyi özüm edirəm. Rəvan deyir ki, guya qızı üçün hər şey edir. Bu, absurd və yalandır. Rəvan qızı Xalidə ilə danışmır. Bir dəfə də olsun, gəlib qızını bağçada görməyib. Uşağın ad günündə belə, Rəvanı axtardıq, üzə çıxmadı. Halbuki Xalidə atasına meyilli uşaqdır.

Gəlib uşağı aparır, sonra yoxa çıxır. Özünə zəng vururam, xalası oğluna zəng edirəm, ondan sonra başlayır alimenti ödəməyə. Mən hamıya zəng vurandan sonra ağlına gəlir ki, aliment ödəməlidir”.

Proqramın aparıcısı Tarix Əliyev isə bu məsələyə hüquqi müstəvidə yenidən baxılması üçün G.Rəhimovaya yardım edəcəyinə söz verib. Həmçinin R.Qarayevin hazırda qeyri-rəsmi yaşadığı qadının xanım müğənnilərdən birinin övladı olduğunu açıqlayıb.

Qeyd edək ki, R.Qarayevlə G.Rəhimovanın evliliyi beş il sürüb. Onların bu nikahdan 6 yaşlı Xalidə adlı qız övladları var.
/oxu.az/





скачать dle 11.3
Mojo.az Banner