Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirkorovun Bakı təəssüratları: İçərişəhər, qutab qonaqlığı, "Uçan xalça"... - FOTO

09.08.2019 12:08 5 440
Kirkorovun Bakı təəssüratları: İçərişəhər, qutab qonaqlığı,
“Məşhur rusiyalı estrada ulduzu Filip Kirkorov ilk dəfə övladları ilə səfər etdiyi Bakı xatirələrini bölüşüb.

Median.Az
Rusiyanın starhit.ru saytına istinadən xəbər verir ki, yeddi yaşlı övladları Alla-Viktoriya və Martinlə Bakını gəzən müğənni səfərdən çox məmnun qalıb. Əsas vaxtını “Jara” beynəlxalq musiqi festivalına həsr edən müğənni bir gününü övladları ilə birlikdə Bakını gəzməyə ayırıb.

“Sakinlər bizi çox səmimi qarşılayırdılar”, - deyən Kirkorov İçərişəhərdə gəzib gördüyü yerlərdən danışıb.

“Amfibiya adam”, “Brilyant əl” kimi məşhur filmlərin çəkildiyi məkanları övladlarına göstərən ulduz onlar üçün ənənəyə uyğun olaraq, Andrey Mironovun qəhrəmanının yıxılaraq qolunu sındırdığı səhnəni şəxsən canlandırıb.

Müğənni övladlarına aldığı hədiyyələrdən də danışıb: “Köşklərin birindən Ələddinin çırağını alıb, Alla-Viktoriyaya və Martinə hədiyyə etdim. Bundan sonra uşaqlar hər yerdə uçan xalça axtarmağa başladılar”.

Gəzintisi zamanı müğənnini böyük bir kütlə müşayət edib. Yerli sakinlərin sevgisini hiss edən müğənni deyib ki, restoranlar onu pulsuz şam yeməyinə, satıcılar suvenirlərə qonaq ediblər. Müğənninin seçimi isə Müslüm Maqomayev küçəsində yerləşən qutab bişirən iaşə obyekti olub. Obyektin sahibi sevindiyindən nəinki müğənnini və övladlarını, ümumiyyətlə, arzulayan hər kəsi qutaba qonaq edib.

Pop-kral yerli ticarət mərkəzləri haqqında da danışıb: “Ticarət mərkəzlərində sözün əsl mənasında hər şey var, böyük zövq aldım. Qızım özünə oradan dovşan oyuncağı, oğlum isə top seçdi”./oxu.az/







скачать dle 11.3
Mojo.az Banner