Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ancelina Coli: "Tez-tez qızlarıma deyirəm ki..." - FOTO

07.08.2019 19:44 2 480
Ancelina Coli:
44 yaşlı aktrisa Ancelina Coli Amerikanın "Elle" jurnalı üçün kamera qarşısına keçib.

Median.Az
xəbər verir ki, aktrisa qlamur geyimlərdə iki qara böyük itlə birlikdə fotoqraflara poza verib. Yeri gəlmişkən, itlərdən biri Ancelina Colinin sevimli ev heyvanıdır.

Nəşrin redaktorlarına verdiyi müsahibədə Ancelina müasir cəmiyyətdə qadınların sıxışdırılmasına münasibətini bildirib. Coli əmindir ki, bu gün bir çox qadına Salem cadugərləri kimi davranırlar.

"Çağdaş dünyamıza baxdıqda, özümüzdən soruşmalıyıq: niyə insanlar qadınları ikinci planda saxlamaq üçün bu qədər səy sərf edirlər? İndi qaydalara və kodlara əməl etməyə razı olmadığı üçün bir çox qadın ifritə hesab olunur. Səslərindən və hüquqlarından imtina etməyən qadınlar ölüm, həbs və ümumbəşəri qınaq təhlükəsi altındadır. Əgər bu həqiqətən pisdirsə, onda dünyamızın belə "ifritələr"ə daha çox ehtiyacı var".

Coli müsahibəsində 6 uşağını hansı tərbiyə prinsipləri altında böyütməsi barədə də danışıb.

"Tez-tez qızlarıma deyirəm ki, ən başlıcası zehni inkişaf etdirməkdir. Həmişə gözəl bir paltar geyə bilərsiniz, ancaq içiniz boşdursa, zahiri görkəminiz heç bir rol oynamayacaq. Müstəqil iradəsi və öz fikri olan bir qadından daha cəlbedici bir şey yoxdur" , - deyə Coli qeyd edib.

Coli qadınların öz hüquqları uğrunda mübarizə aparmalarının və ümumiyyətlə qəbul edilmiş prinsiplərə qarşı çıxmalarının çətin olduğunu etiraf edib, çünki onlarda instinktiv olaraq özlərini tərbiyə etmək və cəmiyyətin gözləntilərinə uyğunlaşmaq ehtiyacı var. (publika.az)

скачать dle 11.3
Mojo.az Banner