Mojo.az — elanlar
Son Xəbərlər
13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

“Aliment fondu yaradılsa, boşanmaların sayı artacaq” - İlginc açıqlama

07.08.2019 12:19 3 428
“Aliment fondu yaradılsa, boşanmaların sayı artacaq” - İlginc açıqlama
Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7082 boşanma halı qeydə alınıb.

Eyni zamanda, əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Boşanmalardan sonra isə keçmiş cütlüklər arasında başqa problem yaranır ki, bu da alimentlə bağlıdır.

Ombudsman Elmira Süleymanova isə alimentlərlə bağlı problemin həlli məqsədilə ölkədə Aliment Fondunun yaradılması üçün Milli Məclisə müraciət etdiyini açıqlayıb.

Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova Oxu.Az-a açıqlamasında deyib ki, Aliment Fondu yaradılsa, belə problemlər öz həllini tapar.

O bildirib ki, adıçəkilən fond yaradılacağı təqdirdə, mexanizmlərin icra edilməsi prosesində problem olmaması üçün bütün hallar nəzərə alınacaq:

“Düşünürəm ki, Aliment Fondu yaradılsa, sui-istifadə hallarının da qarşısı maksimum şəkildə alınacaq. Bəzən düşünə bilərik ki, insanlar sırf aliment almaq məqsədilə boşanacaqlar. Amma yəqin ki, sui-istifadə hallarının olmaması üçün prosedurlar da tərtib olunacaq”.

O.Rəhimova onu da əlavə edib ki, qanunvericilikdə nəzərdə tutulmuş alimentin miqdarı artsa belə, bu, boşanmaların sayına təsir etməyəcək.

“Alimentin müəyyən edilməsi boşanma olmadan da mümkündür. Ancaq 90 faiz hallarda aliment boşanmadan sonra təyin edilir. Aliment məbləğinin artırılması ailələrin dağılmaması məsələsində yardımçı olmayacaq”.

Psixoloq Taryel Faziloğlu isə düşünür ki, Aliment Fondunun yaradılması problemləri həll etməyəcək. O, fikrini psixoloji məqamlarla əsaslandırmağa çalışıb.

“Aliment Fondunun yaradılması boşanmaların sayının azalmasına gətirib çıxarmayacaq, əksinə, bu proses daha da sürətlənəcək. İndiki vəziyyətdə belə bir fondun yaradılmasını psixoloji baxımdan doğru addım hesab etmirəm. Onsuz da Azərbaycanda ailə institutu ciddi şəkildə deqradasiyaya məruz qalıb. Azərbaycanda klassik ailə modeli iflasa uğrayır. Yerinə isə yeni ailə modeli qoyulmayıb”.

Psixoloqun fikrincə, ailə institutundakı belə qeyri-müəyyənlik boşanmaların çoxalmasına gətirib çıxarır:

“Belə bir məqamda isə Aliment Fondunun yaradılması psixoloji baxımdan boşanmaların qarşısını almayacaq. Bu addımın psixoloji olaraq ailələrdə problemin həll edilməsinə yardımçı olacağına inanmıram. Əksinə, boşanmaların sayının daha da artmasına gətirib çıxaracaq”.

Son xəbərlər