Mojo.az Banner
19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah bu ərazilər işıqsız qalacaq

06.08.2019 18:12 1 887
Sabah bu ərazilər işıqsız qalacaq
Sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, 10 kv-luq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-si saat 10:00-dan 15:30-dək Abşeron rayonu, AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bundan başqa, Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də, Fatmayı yeraltı avtomobil yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq.

Bu səbəbdən Fatmayı bağlarının bəzi ərazilərində də saat 11:00-dan 16:00-a qədər elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranacaq narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
скачать dle 11.3
Mojo.az Banner