Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

ETSN: Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb

05.08.2019 20:02 1 393
ETSN: Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb
"Bu gün günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən yanğın axşam saat 17:00 radələrində söndürülüb".

Median.Az
report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.

“Yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-nin əməkdaşlarının və FHN-nin yanğın söndürənlərinin ciddi cəhdlərinə baxmayaraq güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb. Təəssüfki, hələ də taxıl biçinindən sonra ərazilərə od vurulur və nəticədə bu cür yanğın hadisələri baş verir. Havaların isti və küləkli keçməsi ilə əlaqədar ETSN bir daha əhalini, fermerləri odla ehtiyatlı olmağa, taxıl biçinindən sonra ərazilərə od vurmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", - İ.İbrahimova deyib.скачать dle 11.3

Son xəbərlər