Yerimiz dar, ürəyimiz geniş - Təhlükəyə "gəl-gəl" deyirik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |     20:45 UEFA Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib  |    

Yerimiz dar, ürəyimiz geniş - Təhlükəyə "gəl-gəl" deyirik

Paytaxtda əhali sıxlığı bir sıra xəstəliklərin yayılmasını sürətləndirir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb. Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər.

Qeyd edək ki, vərəm təhlükəli xəstəlik sayıldığından, əhali sıxlığının bu virusun yayılmasına səbəb olması narahatlıq doğurmaya bilməz. Sputnik Azərbaycan paytaxtda əhali sayının artmasının daha hansı xəstəliklərin yayılmasını sürətləndirdiyini araşdırıb.

Tibb elmləri doktoru, məşhur ftiziatr Elcan Məmmədbəyov açıqlamasında bildirib ki, vərəm çöplərinin inkişafına sıxlıq və darısqallıq olan mühit daha müsbət təsir edir: "Vərəm virusuna daha çox sıxlıq və darısqallıq olan yerdə, havasız mühitdə rast gəlinir. Ona görə də belə şəraitdə yaşayan insanlar arasında vərəm xəstəliyinə daha çox rast gəlinir. Yeraltı ticarət obyektlərində, havanın sirkulyasiya etmədiyi şəraitdə işləyənlər də bu risk qrupuna aiddirlər".

E. Məmmədbəyov deyir ki, havasızlıqla yanaşı, immun sistemi də vərəm xəstəliyinə yoluxmanı sürətləndirir: "İnsanların sağlamlığı da bu xəstəliyə yoluxmaya səbəb ola bilər. Vərəm xəstəliyi orqanizmi zəif olan insanları daha tez yaxalayır. Ona görə də yaşayış şəraiti ilə yanaşı, insanlar immun sistemlərinə də nəzarət etməlidirlər. Əhali təhlükəli yoluxucu xəstəliklərdən qorunmaq üçün qidalanmasına diqqət etməlidir. Çünki vərəm kimi təhlükəli xəstəliklər insanı vitamin çatışmazlığı olduqda, orqanizm zəif düşdükdə daha çox üstələyir".

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, sıxlıq olan mühitdə yoluxucu xəstəliklərin yayılma ehtimalı daha böyükdür: "Ona görə də hava-damcı yolu ilə yayılan viruslara yoluxma hallarına əsasən kollektivlər yarandıqda rast gəlinir. Kollektiv mühit, sıxlıq bu virusların yayılmasına münbit şərait yaradır. Məsələn, ötən il noyabr ayından ölkəmizdə qızılca xəstəliyinə yoluxma halları qeydə alınmağa başladı. Məktəblər bağlandıqdan, insanlar məzuniyyətə getdikdən sonra bu virusa yoluxma halları tədricən azaldı. İyul ayında qızılcaya yoluxma ilə bağlı iki hadisə qeydə alınıb. Sıxlıq olmadığına görə infeksiyanın azalması müşahidə olunur".

A. Əliyeva bildirib ki, qış aylarında kəskin respirator virus infeksiyaları daha çox yayılır. Buna da səbəb məhz həmin dövrdə ictimai yerlərdə insanların sıxlığının müşahidə olunmasıdır: "Ümumiyyətlə, peyvənd olunmayan yoluxucu xəstəliklərin hava-damcı yolu ilə yayılması üçün sıxlıq olan mühit əlverişlidir. Peyvənd olunan qızılca, məxmərək kimi xəstəliklərin yayılması riski isə sıxlıq olan yerlərdə daha aşağı olur".

A. Əliyeva bildirir ki, hava-damcı infeksiyalarının böyük qismi peyvəndlərlə idarə olunur: "Biz ona görə də əhalini peyvənd olunan yoluxucu xəstəliklərə görə peyvənd olunmağa səsləyirik. Qeyri-immun təbəqənin sayı artdıqda yoluxucu xəstəliklərə yoluxma halları da artır. Əlbəttə ki, əhali sıxlığı yoluxma hallarını daha da sürətləndirir".

Direktor müavini bildirir ki, əhalinin yaşayış şəraiti də hava-damcı infeksiyalarının yayılmasına səbəb olur: "Ümumiyyətlə, infeksiyanın yayılması üçün mənbə olmalıdır. Hər hansı mühit vəziyyəti ağırlaşdıra bilər. Havasızlıq mühiti, darısqallıq, sıxlıq hava-damcı yolu ilə yoluxan xəstəliklərin mənbəsi olduqda yoluxma hallarının daha da artmasına səbəb olur".

Qeyd edək ki, bu ilin 6 ayında Azərbaycanda vərəmə yoluxan 1953 nəfərdən 1320-si kişi, 627-si qadındır. Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.//Sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 118 31.07.19 22:03