Mojo.az Banner
19:45 Bərdədə ƏMƏLİYYAT: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar TUTULDU  |     19:31 İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı  |     19:11 Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib  |     18:40 Mbappe Bakıya niyə gəlmədi? - Baş məşqçi açıqladı  |     18:20 Milli Məclisin gələn il üçün xərclər smetası azalıb  |     18:05 Leyla Əliyeva Mingəçevirdəki "Yaşa" mərkəzindən paylaşım edib - FOTO  |     17:33 Devid Bekhem futbol karyerasına görə peşmandır  |     17:07 Köhnə təsərrüfatlar dirçələcək?  |     16:50 Naxçıvanda ağır qəza: Xəsarət alanlar var  |     16:36 "Çelsi" 16 yaşlı futbolçu ilə razılaşdı  |     16:33 Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri (Video)  |     16:30 Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?  |     16:16 Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı  |     15:58 Türkiyədə ölən turistlərin qidadan zəhərləndiyi təsdiq olunmayıb  |     15:43 İtkin düşən 7 nəfər tapılıb  |     15:32 Bakıda ana azyaşlı qızının bədəni yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT (FOTO)  |     15:27 "Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir" - Deputat  |     15:25 Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  |     15:15 Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?  |     15:05 Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər  |    
Left Banner
Right Banner

İlham Əliyev müşavirə keçirdi _YENİLƏNİB

31.07.2019 21:02 1 893
İlham Əliyev müşavirə keçirdi _YENİLƏNİB
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğuladı.

Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirdi. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən Prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirdi.

Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev yol infrastrulturu ilə bağlı görülən işlərdən danışdı, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğuladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə etdilər.

İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verdi, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışdı, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirdi, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğuladı. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirdi.

16.40

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb.
скачать dle 11.3