Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb.
Baku.ws FHN-ə istinadən xəbər verir ki, batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.