Mojo.az Banner
SON DƏQİQƏ
14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Apteklərdən bəh-bəhlə aldığımız VİTAMİNlərin ziyanları - ürək və böyrək xəstəlikləri, xərçəng, uşaqlarda inkişaf qüsurları...

29.07.2019 22:23 3 887
Apteklərdən bəh-bəhlə aldığımız VİTAMİNlərin ziyanları - ürək və böyrək xəstəlikləri, xərçəng, uşaqlarda inkişaf qüsurları...
Harvard Universiteti (ABŞ) alimləri süni vitaminlərlə bağlı olan geniş araşdırma aparıblar.

Alimlər belə qərara gəliblər ki, süni vitamin-mineral kompleksləri və qida əlavələri nəinki faydasızdır, bəzi hallarda insan sağlamlığına hətta ciddi ziyan vura bilər. Xüsusilə bu vitaminlər müstəqil şəkildə, həkimlə məsləhətləşmədən və müayinələrdən keçmədən qəbul olunursa.

Median.Az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimləri aşkar ediblər ki, süni vitaminləri qəbul edən 40% insan belə terapiyadan heç bir fayda almır.

Yaşlı insanlar və hamilə qadınlara vitaminlər ciddi ziyan vura bilər. Hamiləlik zamanı bu və ya digər vitaminin artıqlığı dölün inkişafına mənfi təsir edə bilər. Hamiləlik zamanı yalnız fol turşusunun qəbulu vacib və faydalı sayılır.

Yaşlı insanlarda bəzi vitaminlərin artıqlığı (xüsusilə A vitaminin) şişlərin sürətlə inkişafına gətirib çıxarda bilər. E vitamininin artıqlığı yaşlılarda ürək-damar sisteminə ciddi ziyan vurur.

Bundan əlavə kalsiumun həddindən artıq miqdarda qəbulu yaşlı insanlarda sümüklərin daha da zəifləməsinə gətirib çıxardır, damarların və böyrəklərin sağlamlığına mənfi təsir edir.

Alimlərin fikrinə görə, üzərində "super", "ekstra", "forte" kimi yazılar olan vitamin-mineral komplekslər xüsusilə təhlükəlidir ki, onların tərkibində olan vitamin və mineralların miqdarı adi komplekslərlə müqayisədə daha yüksək olur.

Bütün bunları nəzərə alaraq alimlər orqanizmə lazim olan vitamin və mineralları süni qida əlavələrindən deyil, təbii qidadan almağı tövsiyə edirlər. Bu zaman orqanizmdə bu və ya digər vitamin və ya mineralın artıqlığı yarana bilməz. Həmçinin orqanizm qidadan olan vitamin və mineralları daha yaxşı qəbul edir.

Ümumiyyətlə normal qidalanan insana süni vitamin və mineralların qəbuluna ehtiyac yoxdur.

Vitamin komplekslər yalnız istisna hallarda və yalnız həkim tərəfindən təyin edilə bilər.скачать dle 11.3

Son xəbərlər