Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda rus ikonaları sərgilənəcək - Şərqdə ilk dəfə

24.07.2019 12:26 5 048
Bakıda rus ikonaları sərgilənəcək - Şərqdə ilk dəfə
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus İkonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq.

Mərkəzdən verilən məlumata görə, sərgi Heydər Əliyev Mərkəzi, Rusiya Dövlət Tretyakov Qalereyası, Rus İkonası Muzeyinin təşkilatçılığı, İmperator Pravoslav Fələstin Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.

“Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən XVIII – XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə 100-dən çox əsər - ikonalar, heykəltəraşlıq nümunələri, Pasxa yumurtaları təqdim ediləcək.

Sərgilənəcək əsərlər rus ikona sənətinin son dövrlərinə aiddir. Həmin vaxtların əsərləri xüsusi dəbdəbəliyi ilə seçilir: qızıl işləmələrə üstünlük verilir və detallar incəliklə işlənirdi.

Sərginin eksponatları bu sahənin əsas regionları - Moskva, Tver, Povoljye, Vladimir vilayətinin Palex və Mstera kəndlərini, Ural regionundakı qədim Nevyansk şəhərini əhatə edir.

Ekspozisiyada Rusiya Dövlət Tretyakov Qalereyasından 14 tarixi abidə, layihənin əsas təşkilatçılarından olan Rus İkonası Muzeyindən isə 86 ikona, eləcə də Pasxa yumurta nümunələri təqdim ediləcək.

Sərginin seçilən eksponatları sırasında XIX əsrin son iki on illiyində - XX əsrin əvvəlində Moskvada öz emalatxanalarını yaradan və yeni paytaxt üslubunun yaradıcılarından olan Mstera ikona sənətinin görkəmli nümayəndələrinin əsərləri də yer alacaq.

Ənənəvi metal üzərində oyma texnikası ilə hazırlanmış çekankalar, emalla, mirvari və digər qiymətli daşlarla bəzədilmiş çərçivələr, eləcə də modern epoxasında yaradılan çərçivələr ziyarətçilərin marağına səbəb olacaq.

Beləliklə, ziyarətçilər XVIII-XX əsrin əvvəllərində yeni dövrün ən yaxşı ustaları tərəfindən yaradılan, XV-XVI əsrlərin zəngin təcrübəsini əks etdirən ikona sənətinin parlaq nümunələri vasitəsilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus İkonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur.

Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək.скачать dle 11.3

Son xəbərlər