Mojo.az Banner
14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |     12:05 Vüsal Nəsirli rəisi işdən çıxardı  |     12:03 Neft bahalaşdı - SON QİYMƏT  |     11:59 Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi  |     11:57 Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib  |     11:56 Çində artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq  |     11:48 14 dəfə əməliyyat olundu, imtahandan 252 bal topladı - VİDEO  |     11:41 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək  |     11:34 I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq  |    
Left Banner
Right Banner

Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim

23.07.2019 22:30 2 124
Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim
Çox sevinirəm ki, bürünc medal qazandım. Ancaq yarışda məqsədim bu deyildi. Hədəfim qızıl medal qazanmaq idi.

Bu gün Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan güləşdə dörd qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Son gündə yeganə bürünc medal qazanmış güləşçimiz Nigar Mirzəzadə qalib gəldiyi almaniyalı və britaniyalı rəqiblərini asanlıqla məğlub etsə də, həlledici görüşdə çətin anlar yaşayıb.

Son saniyələrdə polşalı rəqibi Zofia Polovçik onu döşəkdən çıxardığından, xal qonaq idmançıya verilib. Lakin Azərbaycanın məşqçilər heyətinin etirazından sonra təkrara baxılıb və xal Nigarın hesabına yazılıb.

Beləliklə, qız güləşçimiz 7:6 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

O, təəssüratlarını saytımızla bölüşüb: “Bürünc medal uğrunda təsəlliverici yarışda rahat güləşdim və 10:0 qalib gəldim. Fikirləşdim ki, bürünc medal görüşündə də belə olacaq. Amma polşalı rəqibim fəndlərimi icra etməyə imkan vermədi. O, daha çox müdafiədən çıxış etdiyi üçün bu, məndə alınmadı. Məncə, son saniyələrdə hakimlərin təkrara baxıb verdiyi qərar düz idi. Döşəkdən dizi üstə çıxmışdım. Belə olanda isə qaydalara görə rəqibə bir xal verilmir”.

Beynəlxalq yarışlar içərisində ən böyük uğuruna imza atmış yeniyetmə idmançı medalı anasına həsr etdiyini bildirib: “Bürünc medalı anama həsr edirəm. Çünki ilk dəfə anam yarışıma baxmaq üçün tribunada əyləşmişdi. Onu məyus etmək istəməzdim”.

скачать dle 11.3
Mojo.az Banner