Mojo.az Banner
22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |     20:53 Sabah bu rayonda qazın verilməsində fasilə olacaq  |     20:47 Elzar Ağayev yüksək vəzifəyə təyin olundu  |     20:40 Sarıcalı kəndi yaxınlığında açıq ərazidə YANĞIN BAŞLAYIB  |     20:34 Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO  |     20:26 "Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb  |     20:21 Futbola görə metronun iş rejimi 2 günlük dəyişdirilir  |     20:14 Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqləndi  |    
Left Banner
Right Banner

“Gülazar” limonadlarının istehsal olunduğu sexdə iyrənc mənzərə - FOTO

22.07.2019 12:58 2 867
“Gülazar” limonadlarının istehsal olunduğu sexdə iyrənc mənzərə - FOTO
Gəncədə qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.

Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin, istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.








скачать dle 11.3
Mojo.az Banner