Mojo.az Banner
19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı

20.07.2019 22:16 2 224
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
Azərbaycanda sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Median.Az
Trend-ə istinadən bildirir ki, fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2%), Gəncə-Qazax (25,7%) və Lənkəran (22,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,4%), Aran (20,4%), Gəncə-Qazax (13,6%) və Lənkəran (9,9%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib.

Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,4 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Hesabat dövründə hər altı fərdi sahibkardan beşi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.

2019-cu ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.скачать dle 11.3
Mojo.az Banner