Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ögey oğlunu döyüb öldürən ata hökmdən narazı qaldı

19.07.2019 19:35 2 699
Ögey oğlunu döyüb öldürən ata hökmdən narazı qaldı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyul ayının əvvəlində Kürdəmir rayonu, Muradxan kəndi ərazisində baş verib. Həmin kənddə yerləşən fermada A.Abdullayevlə ər-arvad münasibətində yaşadığı S.Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubov kibritlə ot tayasını yandırmaq istəyib.

Buna əsəbiləşən A.Abdullayev ögey oğlunun sinəsinə şillə və yumruqla bir neçə dəfə zərbə vurub. Daha sonra A.Abdullayev M.Yaqubovun dəcəllik etdiyini əsas gətirərək, onu bir neçə dəfə döyüb və azyaşlıya anasının gözü önündə əzab verib. İyulun 21-də isə M.Yaqubov aldığı xəsarətlər nəticəsində həmin fermada ölüb.

A.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner