Mojo.az Banner
Son Xəbərlər
22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Binəqədi ərazisində silsilə oğurluqlar edən 2 nəfər saxlanılıb

18.07.2019 11:29 3 013
Binəqədi ərazisində silsilə oğurluqlar edən 2 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, iyunun 28-də Binəqədi rayonunun "Motodrom" yeni yaşayış sahəsində, Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.

Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.

Araşdırma zamanı onun, bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 14-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evin həyətindən 2 ədəd velosiped oğurlayan İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov saxlanılıb.

Araşdırma zamanı onun, iyunun 25-dən iyulun 13-dək olan müddətdə rayon ərazisindəki 1 zirzəmidən və 1 avtomobilən məişət əşyaları və akkumulyator, habelə 3 nəfərə məxsus velosipedləri oğurlaması müəyyən edilib.

Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3

Son xəbərlər