Mojo.az Banner
16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

15.07.2019 18:17 3 296
Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki avtomobildən 850 manat, noutbuk, sənəd və açarlar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılıb.
Ondan 1 ədəd 100 manatlıq saxta əskinas, bıçaq və 1,780 qran heroin götürülüb.

Araşdırma zamanı, onun bu il fevralın 16-dan aprelin 18-dək olan müddətdə 4 avtomobildən pul və məişət əşyaları oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 2-də vətəndaş O.Fərmanova məxsus avtomobildən 100 manat oğurlayan Bakı şəhər sakini R.Ağayev saxlanılıb.

Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirçiyev saxlanılıb. Araşdırma zamanı, onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması müəyyən edilib.

Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Bakı şəhər sakini X.Bağırova məxsus “Hyundai” markalı avtomobildən, içərisində 200 manat və sənəd olan pul kisəsini oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cavadov saxlanılıb. Ondan 0,427 qram heroin götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner