Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin yenə təhqir olundu: bu dəfə ukraynalı aparıcı tərəfindən

12.07.2019 20:05 1 774
Putin yenə təhqir olundu: bu dəfə ukraynalı aparıcı tərəfindən
Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib.

“Lenta.ru” xəbər verir ki, Ukraynanın “Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb.

Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb:

“Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”

O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.

A.Ovdienko, həmçinin Gürcüstanın “Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.

Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı “Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib:

“Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü “Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi.скачать dle 11.3

Son xəbərlər