Mojo.az Banner
12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan xəbər var

12.07.2019 16:37 3 091
21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan xəbər var
Sosial şəbəkələrdə Zakir adlı azərbaycanlının Türkiyədə 21 aydır gəmidə qalması barədə məlumat yayılıb.

İddia olunur ki, həmin şəxs “Twitter” hesabında azərbaycanlı olduğunu, 21 aydır Haydarpaşa limanında “Alize” adlı gəmidə qaldığını yazıb. O, gəmi sahibindən pul və yemək də ala bilmədiyini, pasportunun polis tərəfindən əlindən alındığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yanlışdır:

“Sosial şəbəkələrdə Türkiyədəki soydaşımızla bağlı yayılan məlumata dair qeyd etmək istərdik ki, sözügedən şəxs - Zakir Mikayıl oğlu Məmmədov Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə əlaqə saxlayaraq onun haqqında sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və şəxsən sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

Baş konsulluğumuz sözügedən şəxslə bundan öncə bir neçə dəfə təmasda olub və ona ölkəyə qayıtmaqla bağlı yardım təklif edilib. Baş konsulluq bundan sonra da vətəndaşımıza ölkəyə qayıdışla bağlı müvafiq yardım göstərməyə hazırdır”.скачать dle 11.3
Mojo.az Banner