Mojo.az Banner
16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan deyir?

10.07.2019 19:18 4 759
Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan deyir?
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlunun qətlində öz həyat yoldaşının əli ola bilər.

Bu barədə Oxu.Az-a Bakının Suraxanı rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.

Oxu.Az-ın daha əvvəl verdiyi məlumata əsasən, iyulun 7-si, saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibbi yardım göstərilib.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən R.Sofiyanın sözlərinə şübhə ilə yanaşır və hesab edir ki, o, nəyisə gizlədir.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. A.Sofiyevə divanda oturanda hücum edilib. Maraqlıdır ki, qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia edirlər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.

Hərçənd ilkin dindirmə zamanı R.Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində baş verib. Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı.

Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünür. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.

Əldə olunan məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.

Ehtimal edilir ki, qadın istintaqdan həqiqəti gizlədir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, əgər qadın qətldə iştirak edibsə, deməli, onun köməkçisi olub:

“Çox güman ki, bıçaq zərbələrini kişi endirib. Və ən əsası, biz Araz Sofiyevin kimə borclu olduğunu tapmamışıq. İndi istintaq bütün mümkün versiyalar üzərində işləyir”.

Daha bir versiyaya əsasən, kişi yatarkən öldürülüb.скачать dle 11.3
Mojo.az Banner