Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki bacısını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır

09.07.2019 21:16 1 810
Bakıda iki bacısını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır
Bakıda bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
-ın report-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada dünyasını dəyişib.

M.Əlimanova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham verilib.

M.Əlimanovun əvvəllər də qəsdən adamöldürməyə görə məhkum olunduğu bildirilir.скачать dle 11.3

Son xəbərlər