Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

“Övladlarıma sidik terapiyası edirəm”

09.07.2019 20:58 2 865
“Övladlarıma sidik terapiyası edirəm”
Urinoterapiya (sidiklə müalicə üsulu -red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram.

Median.Az
xəbər verir ki, bu sözləri medicina.az-a müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

O, 20 ildir bu müalicə üsulundan istifadə etdiyini söyləyib:

"Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm".

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:

"İndi qurddan danışırlar, dərmandan danışırlar. Bir ailə var idi. "Qaynanmış urino" deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda. Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən".скачать dle 11.3
Mojo.az Banner