Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Hüsniyyə Məhərrəmovaya AzTV-də yüksək vəzifə verildi

09.07.2019 17:01 2 038
Hüsniyyə Məhərrəmovaya AzTV-də yüksək vəzifə verildi
Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb.

Median.Az
bakupost.az-a istinadən xəbər verir ki, telejurnalist bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək.

H.Məhərrəmova xəbəri təsdiqləyib. Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. H.Məhərrəmova deyib ki, yeni dövrdə beynəlxalq layihələrin satın alınması və AzTV-yə cəlb edilməsinə çalışacaq:

"Mən yuxumda da görə bilməzdim ki, dövlət televiziyasının bir üzvü ola bilərəm. Bu, mənim üçün qürurvericidir. Yeniləşən, gəncləşən AzTV-nin bir üzvü olmaq mənim üçün böyük şərəfdir. Çalışacam ki, Azərbaycan televiziyası beynəlxalq yayım institutlarında layiqincə təmsil olunsun. Bu, çox vacib məsələdir”.


H.Məhərrəmova onu da əlavə edib ki, beynəlxalq layihələr üzərində artıq işləməyə başlayıblar və ən qısa müddətdə bu layihələri konkretləşdirib, AzTV-də yayımını təmin edəcək, bununla da kanalın daha baxımlı olacağına çalışacaqlar.

AzTV-də yalnız departament rəhbəri kimi yox, eyni zamanda aparıcı kimi də fəaliyyət göstərəcəyini açıqlayan H.Məhərrəmova ona iki verilişin həvalə olunduğunu vurğulayıb: "Verilişlərin tam formatı hələ ki müəyyənləşməyib, ancaq əyləncə janrlı proqramlar olacağını indidən söyləyə bilərəm”.

Qeyd edək ki, AzTV-də rəhbər dəyişikliyi baş verəndən sonra ciddi kadr islahatları başlayıb, bir neçə tanınmış teleaparıcıya yeni vəzifələr həvalə olunub. Peşəkarlarla yanaşı, yeni, gənc kadrlar kanala dəvət edilir, layihələr yenilənir. Verilişlərdə vətənpərvərlik mövzularının, ictimai əhəmiyyətli məsələlərin geniş şəkildə işıqlandırılmağa başlayıb.скачать dle 11.3
Mojo.az Banner