Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfon almadığına görə anasını öldürən gəncin məhkəməsi başlayıb

09.07.2019 15:34 3 820
Smartfon almadığına görə anasını öldürən gəncin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Müslümovun (1993-cü il təv.) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il fevralın 18-də Nərimanov rayonunda yaşayan Eldar Müslümov münaqişə zamanı 66 yaşlı anası Nailə Müslümovanı stulla vurub. Zərbədən qadının başı divara dəyib və o, yerə yıxılıb.

Dərhal sonra gənc mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Səhərisi gün saat 16 radələrində o evə qayıdıb və anasının sağ olmasını düşünərək, təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü bildiriblər. Sonra mənzilə 17-ci polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları gələrək, araşdırmaya başlayıblar.

İş üzrə dindirilmiş Elman Müslümov bildirib ki, anasından özünə smartfon almaq üçün pul istəyib, Nailə Müslümova pul verməkdən imtina etdikdə, o qadına zərbə endirib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iyulun 16-na təyin edilib.скачать dle 11.3

Son xəbərlər