Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT: Azərbaycanda bu sərinləşdirici içkilərə QADAĞA QOYULACAQ

08.07.2019 21:13 1 867
DİQQƏT: Azərbaycanda bu sərinləşdirici içkilərə QADAĞA QOYULACAQ
"Artıq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycanda enerji içkiləri üzrə normativ hüquqi akt hazırlanıb. Bu aktı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına vermişik. Akt təsdiqini tapdıqdan sonra qüvvəyə minəcək".

Median.Az
apa-ya istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədrinin sözlərinə görə, bəzən düşünürlər ki, Agentlik Azərbaycanda enerji içkilərinin tətbiqinə qadağa qoyur:

"Bu, əsla belə deyil. Qida Təhlükəsizliyi Agentliyi sadəcə enerji içkiləri üzrə tənzimləmə funksiyasını həyata keçirir. Bizim qəbul elədiyimiz normativ hüquqi akta əsasən artıq bilinir ki, hansı tərkibli maddələr əlavə olunarsa, bu məhsul enerji içkisi sayılacaq, hansı halda isə enerji içkisi sayılmayacaq. Həmin hüquqi aktda da bunları qeyd etmişik. Əgər o maddələrdən iki və daha artığı məhsulun tərkibində öz əksini tapmış olarsa, bu, onun enerji içkisi olduğunu sübut edəcək. Eyni zamanda tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".скачать dle 11.3
Mojo.az Banner