Mojo.az Banner
22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bakıkart" terminalları niyə xırda qəpikləri götürmür?

08.07.2019 12:43 2 081
Bakı sakinləri "Bakıkart" terminallarında kiçik sikkələrdən istifadə edə bilmirlər. Bu barədə sərnişinlər Facebook sosial şəbəkəsində paylaşımlar edərək narazılıqlarını ifadə ediblər. Sərnişinlər bildirirlər ki, "Bakıkart" terminallarında gediş haqqı kartının balansını artırarkən 3 və 5 qəpiklik sikkələrlə ödəniş etmək mümkün deyil. Onlar bunun dövlətin atributlarından biri sayılan milli pula hörmətsizlik hesab ediblər.

Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevbildirib ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir: "Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir".

M. Ağayev qeyd edib ki, "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb: "Layihə çərçivəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əsginasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib".

скачать dle 11.3
Mojo.az Banner