Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

6 ayda itirdiyimiz 6 məşhur (FOTOLAR)

06.07.2019 17:36 3 007
6 ayda itirdiyimiz 6 məşhur (FOTOLAR)
2019-cu ili demək olar ki, yarılamışıq. Keçən 6 ay Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi xadimi, sənət adamı əbədiyyətə qovuşdu. Həm yaxınları, həm də sevənləri onlarla vidalaşdı.

Median.Az modern.az-a istinadən 2019-cu ilin son altı ayında ölən 6 Azərbaycan məşhurunu sizə təqdim edir.

Aydın Xırdalanlı (1977) - Azərbaycan meyxanaçısı, şair, qəzəlxan. A.Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olan meyxanaçı ağciyərində güclü soyuqdəymə səbəbilə martın 23-ü filmə baxarkən dünyasını dəyişib. Meyxanaçının ömrünün son aylarında depressiyada olduğu deyilir.



Məleykə Ağazadə (1924) – Nazik kimi tanınan "Ulduz” filminin sevimli personajlarından olan aktrisa Bakıda dünyaya göz açıb. Adıçəkilən filmdə söylədiyi ifadələr indi də dillər əzbəridir. Məleykə Ağazadə 24 aprel 95yaşında şəkər xəstəliyindən vəfat edib.



Natəvan Hacıyeva (1942) - Televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti  bir neçə ay sürən xərçəng xəstəliyi səbəbindın 1 may Bakıda vəfat edib.



Arif Məlikov (1933) - Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq Artisti, professor, SSRİ Xalq Artisti , Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü uzun sürən xəstəlikdən sonra may 9-da evində dünyasını dəyişib.



Şirməmməd Hüseynov (1924) - Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru 24 iyun Bakıda dünyasını dəyişib. M.Ə.Rəsulzadə irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.



İbrahim Emin (1963) - Bəstəkar və rok ifaçısı, "Yuxu” və "Sirr” qruplarının yaradıcısı İbrahim Emin 2 iyul doğulduğu Sumqayıt şəhərində dünyasını dəyişib.
 
скачать dle 11.3
Mojo.az Banner