Mojo.az Banner
SON DƏQİQƏ
18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev: Bu ilin altı ayında gəlirlərimiz 400 milyon manatdan çox artıb

05.07.2019 22:54 2 166
Prezident İlham Əliyev: Bu ilin altı ayında gəlirlərimiz 400 milyon manatdan çox artıb
“Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir. Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var”.

Median.Az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir.

“Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı.

Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq”.скачать dle 11.3

Son xəbərlər