Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Əhmədovdan örnək addım: Maaşının yarısını Azərbaycan Ordusuna bağışladı

04.07.2019 13:38 1 568
Əli Əhmədovdan örnək addım: Maaşının yarısını Azərbaycan Ordusuna bağışladı
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Bu barədə azxeber.com-a partiyadan məlumat verilib. 

Ə.Əhmədov eyni zamanda YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib.

Məlumata görə, Ə.Əhmədovun bu təşəbbüsünü alqışlayan YAP üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab olub..

Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.

Qeyd edək ki, bir müddət əvvəl Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində "Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.

YAP-ın dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Baş Nazirin müavini Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.скачать dle 11.3
Mojo.az Banner