Mojo.az Banner
11:46 Messi DÇ yarımfinalında meydana çıxan ən yaşlı meydan oyunçusu oldu  |     11:44 Aİ Ukrayna üçün PUA istehsal edəcək zavodlara 10 milyard avro yatıracaq  |     11:43 MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi  |     11:32 "Sən yaşamamalısan!" - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı  |     11:29 Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır  |     11:27 Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb  |     11:20 Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI  |     23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |    
Left Banner
Right Banner

Altı abituriyent imtahandan qovuldu, nəticəsi ləğv edildi

02.07.2019 18:23 1 590
Altı abituriyent imtahandan qovuldu, nəticəsi ləğv edildi
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən altı nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə iki abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan beşi cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır.

Digər açıq tipli üç tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq.

Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar.

Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.скачать dle 11.3
Mojo.az Banner