Mojo.az Banner
12:39 Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILAR  |     12:37 Azərbaycan nefti iki dollardan çox bahalaşıb  |     12:36 Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI  |     12:34 "PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ  |     12:33 Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?  |     12:30 Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?  |     12:25 Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilib  |     12:20 Türkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO  |     12:18 FIFA builki mundialda yenilik tətbiq etməyi planlaşdırır  |     12:17 "YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib  |     12:16 Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı  |     12:11 Məşhur ticarət mərkəzi BAĞLANIR? - Video  |     12:08 Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi  |     12:01 Kürdəmirdə fərdi yaşayış evində YANĞIN - Ölən var  |     11:49 Mikayıl Cabbarov özəl sektora dövlət dəstəyindən DANIŞDI  |     11:35 "Brent" markalı neft bahalaşmaqda davam edir  |     11:34 Trampa hücum etməkdə şübhəli bilinən şəxsin saxlanılmasının təfərrüatı bəlli oldu  |     11:16 Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq  |     23:00 "Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz" - Video  |     22:53 "3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə  |    
Left Banner
Right Banner

Azərbaycana qaçqın axını: 600 əfqan ölkəmizə qaçdı

02.07.2019 11:59 3 361
Azərbaycana qaçqın axını: 600 əfqan ölkəmizə qaçdı
2019-cu il iyun ayına olan vəziyyətə görə, təqribən 600 Əfqanıstan vətəndaşı Azərbaycandan sığınacaq istəyib.

Bunu oxu.az-a BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev deyib.

Ümumilikdə 1096 qaçqın qeydiyyata alınıb. E.Ağayevin sözlərinə görə, Azərbaycanda sığınacaq axtaran 848 əcnəbi ilə birlikdə sözügedən təşkilatın mandatı altında gələnlərin ümumi sayı 1944 nəfər təşkil edir. Onlardan 401-i Rusiya (çeçenlər üstünlük təşkil edir), 1206-sı Əfqanıstan, 118-i Pakistan, 70-i İran, 43-ü Suriya və 106-sı digər ölkələrin vətəndaşıdır.

Hazırda Rusiyanın 377 vətəndaşı (çeçenlər) Azərbaycan ərazisində qaçqın statusu ilə yaşayır. Onların sayı ildən-ilə azalır. 2014-cü ildə Azərbaycanda Çeçenistandan 586 qaçqın var idi.

Qaçqın kimi tanınan Əfqanıstan vətəndaşlarının sayı 614 nəfərdir (2014-cü ildə bu ölkədən 786 qaçqın olub). Bundan başqa, 46 iranlı (2014-cü ildə 93 nəfər), 15 pakistanlı (137 nəfər), 15 suriyalı (14 nəfər), bir türk (0) və digər ölkələrdən olan qaçqın statuslu 13 nəfər (73 nəfər) var.

Cari il Azərbaycanda sığınacaq axtaran Rusiya vətəndaşlarının sayı 24 nəfərə (2014-cü ildə 25 nəfər), Əfqanıstan - 592 nəfər (179 nəfər), İran - 24 nəfər (13 nəfər), Pakistan - 103 nəfər (131 nəfər), Suriya - 28 nəfər (doqquz nəfər), Türkiyə vətəndaşlarının sayı 23 nəfərə (0), digər ölkələrin vətəndaşları isə 54 nəfərə (34 nəfər) çatıb.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Oxu.Az-a bildirib ki, ölkəyə gələn əfqanların sayı artır:

“Əfqanıstanda aparılan hərbi əməliyyatlar vətəndaşları yaxşı həyat axtarışı naminə öz ölkələrinin hüdudlarını tərk etməyə məcbur edir. 600 nəfər artıq həyəcan siqnalıdır”.

Onun sözlərinə görə, son 25 ildə Azərbaycana xeyli sayda əfqan gəlib:

“Onların əksəriyyəti BMT QAK-ın köməyi ilə üçüncü ölkələrə keçib. Xoşbəxtlikdən İranın Əfqanıstanla sərhədi var və bu, müəyyən səbəblərə görə qaçqınları öz ərazisində saxlayan təbii blok-postdur”.

BMT-nin hesablamalarına görə, İran ərazisində “Taliban” rejimindən qaçmış iki milyondan çox əfqan yaşayır. Əfqanıstanda bitməyən silahlı toqquşmalar ona gətirib çıxarıb ki, hazırda dünyada 2,5 milyondan çox əfqan qaçqını var.

A.Allahverənov vurğulayıb ki, Əfqanıstandan qaçqın axınının artması hakimiyyət və taliblər arasında münaqişənin eskalasiyasından asılı olacaq.
скачать dle 11.3
Mojo.az Banner