Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çimərliklərdə yenə reyd keçirildi, nöqsanlar aşkarlandı - VİDEO/FOTO

28.06.2019 23:19 1 936
Çimərliklərdə yenə reyd keçirildi, nöqsanlar aşkarlandı - VİDEO/FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib.

Median.Az
''Report''a istinadən xəbər verir ki, reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Reyd müddətində bəzi sahibkarlar ödənişin yalnız stol-stul və çətirlərdən istifadə üçün alındığını bildirib: “Biz burada müəyyən şərait yaratmışıq ki, sakinlər rahat istirahət etsin. Dəniz suyundan istifadə üçün pul almaqdan söhbət belə gedə bilməz. Hər gün müəyyən sayda müştərilər var ki, yalnız çimmək üçün gəlir. Biz onlardan pul almırıq. Kimdənsə, sadəcə, dənizdən istifadə üçün pul tələb edilərsə, müraciət edib şikayət etsinlər”.

BŞİH-nin Ticarət və xidmət departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. BŞİH-nin 183 saylı sərəncamına əsasən, çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır.

Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək”.

скачать dle 11.3
Mojo.az Banner