Polis serjantı intihar etdi: “Kömək edin, içim yanır!” - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı  |     11:38 Rusiyada daha bir güclü zəlzələ olub  |     11:17 Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub  |     22:54 Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     22:48 ABŞ Azərbaycana 20 mlrd. dollara yaxın investisiya yatırıb  |     22:43 "Google" okeana sərmayə yatıracaq  |     22:37 Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? - SİYAHI  |     22:32 Vergi borcuna görə bu qurumun rəhbərinə "stop" qoyuldu  |     22:25 Bu tələbələrə ayda 350 manat veriləcək  |     22:20 "Ağrı içində yaşamaq istəmirəm" - "Harri Potter"in ulduzundan səs-küylü etiraf  |     22:13 Bakıda uşaq suda boğuldu  |     22:06 İmamoğlunun vəkili də saxlanıldı  |     22:00 Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb  |     21:52 Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar  |     21:47 35 hərbçi təzminat üçün bir-birini güllələyib - Rusiya ordusunda qalmaqal  |     21:46 ABŞ-a viza rüsumları kəskin artırıldı  |     21:44 Merts Rusiyanı hədələdi: "Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq"  |     21:23 Bir gündə üç uşaq ambulansda doğuldu  |     21:17 Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq  |     21:09 Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır  |    

Polis serjantı intihar etdi: “Kömək edin, içim yanır!” - TƏFƏRRÜAT

Ağstafa Rayon Polis İdarəsinin (RPİ) 32 yaşlı əməkdaşı Əkbərov Elsevər Şahvələd oğlunun ölüm faktı üzrə təhqiqatın təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbələr iyunun 28-də ölüm faktının təfərrüatı barədə Oxu.Az-a məlumat veriblər.

Qeyd edək ki, növbətçi hissənin rəisinin köməkçisi işləmiş polis serjantı E.Əkbərov iyunun 20-də Ağstafada bir şüşə sirkə cövhəri içib. Polis əməkdaşı iyunun 21-də Bakıda xəstəxanada dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, E.Əkbərov iyunun 20-də intihar etməsindən bir neçə dəqiqə əvvəl evdə olub.

Əvvəlcə o, təcili yardım maşını çağırıb, maşın yolda olarkən mağazadan yenicə aldığı sirkəni içib. Sirkəni içdikdən sonra “Kömək edin, bütün içim yanır!” deyə qışqıraraq küçəyə çıxıb. Polisin yanında olan insanlar ona içmək üçün qatıq veriblər. Ardınca təcili yardım maşını onu aparıb.

E.Əkbərov xəstəxanada ona baş çəkməyə gəlmiş rayon polis rəisi Elsevər Aslanova ölmək istəmədiyini deyib. O, kömək etməyi xahiş edib və belə hərəkət etməsinin səbəbi barədə danışacağını vəd edib. Ancaq polis serjantı bir neçə saatdan sonra Bakıda tibb müəssisəsində ölüb.

E.Əkbərovun həmkarları güman edirlər ki, o, intihar etmək istəməyib, yalnız xəstəxanaya düşmək üçün zəhərlənməyə çalışıb. Lakin sirkə cövhərinin dağıdıcı təsirini nəzərə almayıb. Əks halda, polis əməkdaşı sirkə içməzdən qabaq təcili yardım çağırmazdı.

Onun həyatında intihardan qabaq baş vermiş digər hadisələr də məlumdur.

Bundan bir neçə gün əvvəl polis əməkdaşının qıcolmaları tutub və müdiriyyət onu müayinə və müalicə məqsədilə Daxili İşlər Nazirliyinin hospitalına göndərib. Polis serjantı burada bir həftədən artıq qalıb və işə qayıdıb.

O, iyunun 19-da məişət problemlərini həll etməyin zəruriliyini əsas gətirərək müdiriyyətdən məzuniyyət istəyib. Ancaq E.Əkbərovun həmkarları bundan narazı olublar və bəyan ediblər ki, o, artıq hospitalda istirahət edib. Yekunda E.Əkbərova məzuniyyət verilməyib. Həmkarları imtina cavabı alan E.Əkbərovun ağladığını görüblər.

Daha bir məlumata görə, polis əməkdaşlarından biri bankdan E.Əkbərovun adına 4000 manat həcmində kredit götürüb. Bunun baş vemiş hadisə ilə hansı əlaqəsi olduğunu istintaq müəyyənləşdirməlidir.

Bu arada, polis əməkdaşının ölümündən sonra yayılan şayiələrə görə, o, oğlan uşağı istədiyi halda həyat yoldaşının qız uşağı gözlədiyinə görə intihar edib.

Başqa bir versiya ər-arvad arasındakı münasibətlərdə yaranmış problemlə bağlıdır. Lakin mənbələrin fikrincə, E.Əkbərovun ölümünün əsas səbəbi işdəki münasibətlə əlaqədardır.

Qeyd edək ki, faktla bağlı təhqiqatı Ağstafa Rayon Prokurorluğu aparır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 489 28.06.19 19:08