Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

10 uşaq anası Arzu Hacıyeva: "Peşman deyiləm" - VİDEO

21.06.2019 14:35 2 000
10 uşaq anası Arzu Hacıyeva:
Arzu Hacıyevanın 10 uşağı var. Onlardan 6-sı qız, 4-ü isə oğlandır. Ən böyük oğlu 25 yaşındadır, evlidir. Arzu xanım çoxuşaqlı ailə olmağın çətin olduğunu desə də, övladlarına görə, təəssüflənmir, həyat yoldaşı ilə çox işləyib onlara təhsil vermək, gələcəklərini qurmağa kömək olmağa çalışır.

“Çoxuşaqlı ailə olmaq nəzərimdə deyildi, heç vaxt bu barədə fikirləşməmişdim, ağlıma belə gəlməzdi. Allahın verdiyi qismətdir. Tərbiyələrində narazılığım yoxdur. Böyük oğlum yanğından mühafizə idarəsində işləyir. Qızım ali məktəbi qurtarıb, ailəlidir, iki övladı var. Ondan balaca qızım 2 nömrəli Tibb Kollecini qurtarıb. Ondan balaca da marketdə işləyir. Özümün orta təhsilim var, yoldaşım isə qaynaqçıdır”.

Şuşa rayonundan məcburi köçkün olan Hacıyevlər ailəsi dövlət tərəfindən onlara verilən müvəqqəti evdə yaşayırlar. Yaşı 18-ə çatmamış 5 uşağa görə və həmçinin məcburi köçkün kimi müavinət alırlar. Arzu xanımın arzusu isə öz evlərinin olmasıdır.

“Çörəyimizi şükür, Allah yetirir, uşaqları dolandırmağa çatır. Ailənin çoxuşaqlı olduğunu nəzərə alaraq, istəyərdim dövlətimiz bizə kömək olsun. Düzdür, çətin problem yoxdur, evə yerləşmək barədə. İnzibati binada yaşayırıq, ev istəyərdim ancaq”.

Böyük ailə planlaşdırmasa da Arzu Hacıyeva peşman deyil. Əsas övladlarının xoş günlərini görmək istəyir.

“Saxlamaq barədə çətinlikmi deyim, maddi durum barədə, xeyir. Ancaq Allah qarşısında günahdan qorxmuşam. Peşman deyiləm. Allah hamıya qismət eləsin”.

Bu ilin fevralında çoxuşaqlı ailələrə verilən müavinətlərin məbləği iki dəfəyədək artırılıb. 1999 və 2009-cu illərin siyahıyaalma rəqəmlərinə görə, ölkədə 1, 2 və 3 uşaqlı ailələrin sayı iki dəfə artıb. Çoxuşaqlı ailələrin sayında isə azalma müşahidə olunub.

“Bu gün ölkədə 18 yaşadək uşaqların sayı 2 milyon 600 mini ötüb. Hazırda çoxuşaqlı ailələr o ailələrdir ki, beşdən çox uşağı var. Yəni altıncı uşağı olan ailə çoxuşaqlı sayılır. Ölkəmizdə iqtisadi imkanlar artdıqca bu cür ailələrin də sosial müdafiəsi ildən-ilə daha da gücləndirilir. Hazırda beşdən çox uşaq olan və müavinət alan ailələrin sayı, 2019-cu il aprelin 1-nə olan məlumatlara görə, 2747 ailədir”.

Komitə ailələrdə uşaqların sayının çox olması istiqamətində maarifləndirmə işləri aparır. Psixoloqlar və sosioloqlar da ailədə ən azı üç uşağın olmasının tərəfdarıdırlar. Onların fikrincə, bu, uşaqların sosiallaşmasına, psixoloji sağlam olmasına, gələcək həyatına müsbət təsir edir. Amma vaildeynlərin önəm verdiyi əsas məsələ uşaqlara layiqli gələcək bəxş etməkdir. Ona görə də ailədə uşaqların sayı hər bir ailənin fərdi qərarıdır.

azertag.azскачать dle 11.3
Mojo.az Banner