Mojo.az Banner
SON DƏQİQƏ
12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |    
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?

19.06.2019 14:17 1 923
Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?
Prezident İlham Əliyevin 18 iyunda imzaladığı sərəncamdan sonra müəllimlərin əməkhaqlarının miqdarı açıqlanıb.

Bununla bağlı təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat paylaşıb.

Ekspertin paylaşımında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının artımı da göstərilib:

“Pedaqoji staj üç ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 77 manat artaraq 462 manat (əvvəl 385 manat idi), pedaqoji staj üç ildən səkkiz ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 83 manat artaraq 496 manat (əvvəl 413 manat idi), pedaqoji staj səkkiz ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 87 manat artaraq 522 manat (əvvəl 435 manat idi), pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 93 manat artaraq 555 manat (əvvəl 462 manat idi), pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 99 manat artaraq 594 manat (əvvəl 495 manat idi) olacaq.

Elmi dərəcə, kitab müəllifliyi və s. – təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır.

Yuxarıda sadalanananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. “Əməkdar” fəxri adında 100 manat, “Xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur”.скачать dle 11.3

Son xəbərlər