Mojo.az Banner
22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü (FOTO)

17.06.2019 12:44 2 084
Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü (FOTO)
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı Samirə Yusubova bətnindəki 8 aylıq körpəsi ilə birlikdə dünyasını dəyişib.

Hadisəyə həkimlərin ehtiyatsızlığının səbəb olduğu iddia edilir. Belə ki, S.Yusubovanın səhhətində yaranan problemlərdən dolayı yaxınları onu günorta saatlarında xəstəxanaya aparsalar da, həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar. Evə çatdıqdan bir neçə saat sonra halı yenə pisləşib və yenidən xəstəxanaya gətirilib. Gecə saatlarında isə xəstəxanadan S.Yusubovanın öldüyü bildirilib.

Həkimlərin verdiyi məlumata görə, S.Yusubova axşam saatlarında xəstəxanaya gəldikdə təzyiqi yüksək olub. Yaxınları həkimlərin ehtiyatsızlığından və verdikləri dərmanlardan onun bu vəziyyətə düşdüyünü iddia edirlər. Soydaşımızın meyiti Rustavi şəhər ekspertiza mərkəzində yoxlanıldıqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, məsələ araşdırılaraq müvafiq prosedurlara başlanılacaq. Həmin klinikada həkimlərin pasiyentin ölümündə günahları sübuta yetirilərsə, onlara qarşı qanun çərçivəsində müvafiq addımlar atılacaq.
/oxu.az/





скачать dle 11.3
Mojo.az Banner