Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

BŞBPİ: Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat araşdırmaları başlayıb

13.06.2019 19:36 2 503
BŞBPİ: Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat araşdırmaları başlayıb
Bakıda övladı it hücumuna məruz qalan jurnalist Asif Nərimanlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət olunub.

Median.Az
-ın məlumatına görə, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis kapitanı Elşad Hacıyev məlumat verib.

“Asif Nərimanlı polisə müraciəti ilə əlaqədar dəvət olunub, onun izahatı alınıb. 9-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Məsələ diqqətimizdədir”, - deyə, BŞBPİ sözçüsü əlavə edib.

Qeyd edək ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında A.Nərimanlının azyaşlı övladı it hücumuna məruz qalıb. Sahibi yanında olan itin burundağı olmayıb. Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

Son xəbərlər