Mojo.az Banner
17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |    
Left Banner
Right Banner

Miribiş ağanın nəvəsi: O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir - VİDEO

11.06.2019 15:25 2 936
Miribiş ağanın nəvəsi: O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir - VİDEO
Sosial şəbəkələrdə paylaşılan “Qaloş piri” ilə bağlı görüntülər seyid Miribiş ağanın nəvələrinin hiddətinə səbəb olub.

Onun nəvələrindən biri – İsmayıl Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, babalarının papağının qaloş kimi təqdim olunması xoşlarına gəlmir.

İ.Məmmədovun sözlərinə görə, Goranboyun Qurbanzadə kəndinin sakini olmuş Miribiş ağa 1972-ci ildə vəfat edib.

Hər il seyidin vəfatı günü, yəni iyunun 8-də onun evində ehsan verilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər də həmin gün çəkilib. İnsanların inancına görə, əməlisaleh seyidin əşyalarına toxunmaq sağlamlıqla bağlı bir çox müşkülləri aradan qaldırır. Həmin mərasimdə isə niyyəti olanlar Miribiş ağanın papağına toxunurmuşlar.

“Azərbaycanda bu qədər seyid ocaqları, ziyarətgahlar var. Hamı ziyarət edir, oradan nicat tapır. Atamızın, babamızın papağına qaloş deyilməsi bizə çox pis təsir edir. Bu papağın 80 yaşı var. Həmin gün papağı mühafizə etmək üçün sellofana qoymuşduq ki, insanlar hər dəfə əlini çəkəndə xarab olmasın. Bizi tənqid və təhqir edənlər əvvəlcə gəlib bizi tanısınlar, dönüb özlərinə baxsınlar ki, kimdirlər, sonra belə danışsınlar”, - deyə İ.Məmmədov əlavə edib.

Qeyd edib ki, evdə Miribiş ağanın əşyaları olduğu kimi qorunur.скачать dle 11.3
Mojo.az Banner