Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə ata oğlunu vəhşicəsinə döyüb - Ürəyi zəif olanlar baxmasın! - VİDEO

10.06.2019 18:00 4 444
Gəncədə ata oğlunu vəhşicəsinə döyüb - Ürəyi zəif olanlar baxmasın! - VİDEO
Gəncədə ana yeniyetmə oğlunun atası tərəfindən döyülməsi ilə bağlı videomüraciət edib.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, atanın uşağını döyməsi haqda polisə müraciət edilsə də, hər hansı tədbir görülməyib.

Ər və arvad rəsmi nikahda olsa da, ayrı evlərdə yaşayırlar. Döyülən 14 yaşlı R. atası, bacısı isə anası ilə qalır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, iyunun 3-də 2005-ci il təvəllüdlü R-in atası, 1972-ci il təvəllüdlü İlham Məmmədov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət daxil olub. İ.Məmmədov rayonda dəmir parçaları yığıb satmaqla məşğul olub.

Məlum olub ki, ata oğlunu arvadının yaşadığı evə göndərib və videomaqnitofon və onun naqilini gətirməsini tapşırıb. Oğul videomaqnitofonu atasına aparıb versə də, naqil yadından çıxıb. Buna görə də İ.Məmmədov onu taxta parçası ilə döyüb.

Baş inspektor ananın polis laqeydliyi ilə bağlı iddiasına cavab olaraq bildirib ki, polisə müraciət edildikdən sonra təhqiqatçı şəxsən təcili tibbi yardım çağırıb və ilkin diaqnostikadan sonra R-i öz maşını ilə 2 saylı Uşaq Poliklinikasına aparıb. Polis əməkdaşı xəstəxanada ambulator müayinədən sonra uşağın anasına deyib ki, sabah saat 9-da onun da iştirakı ilə uşağın ifadəsi alınacaq və məhkəmə tibbi ekspertizasından keçiriləcək:

“Həmin gün həm də İlham Məmmədovun ifadəsi alınıb. O da hadisə zamanı içkili olduğunu bildirib və naqili gətirmədiyi üçün oğlunu döydüyünü etiraf edib. Lakin R-in anası səhəri gün saat 5 radələrində uşağı da götürərək Bakıya gedib və efirə çıxaraq polisin onun ərini niyə tutmadığını deyib. Prosedura görə, ifadələr alınmadan, ekspert rəyi bəlli olmadan polis kimisə saxlaya bilməz, həbs olunması üçün isə məhkəmənin qərarı olmalıdır, polis heç kimi həbs etmir”.




Son xəbərlər