Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda boşananların sayı artıb - Son 5 ilin ən yüksək sayı

10.06.2019 15:33 1 690
Azərbaycanda boşananların sayı artıb - Son 5 ilin ən yüksək sayı
Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub.

Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.скачать dle 11.3
Mojo.az Banner