Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Evli kişinin öldürdüyü Aygünün anası: "Bir tikə çörəyə görə Vasiflə oturub-dururdu" - VİDEO

05.06.2019 14:16 6 751
Evli kişinin öldürdüyü Aygünün anası:
31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Ailəli və iki uşaq atası Vasiflə eşq həyatı yaşayan Aygünün anası həqiqətləri danışıb.

O, bir uşaq anası olan qızının boşandıqdan sonra illərdir Vasiflə ikinci arvadı kimi münasibətdə olduğunu bildirib. Qadın Vasiflə Aygünün bərabər fotosunu göstərərək bunları deyib:

"Vasifin anası deyir ki, qızımı tanımırdı. Yalan deyir. Vasif Aygünün oğluna kiçik toy edib. Bütün nəsli o məclisdə idi. Şəkil bir faktdır (sözügedən toyda şəkilən fotonu nümayiş etdirir). İndi nəvəm yetim qaldı. Atası yoxdur, gedib evlənib, iki uşağı da olub. Mənim qızım bir tikə çörəyə görə Vasiflə oturub-dururdu. Gedin onun qaldığı evi görün. Anası Nailə xanım Aygünün evinə çantalarla yemək gətirirdi. İndi niyə yalan söyləyirsən Nailə xanım? Uşağımın ruhunu niyə qaralayırsan?"


Vasifin həyat yoldaşı Sevda efirə zəng vuraraq həyat yoldaşının Aygünlə münasibətlərindən xəbərdar olduğunu, lakin Vasifin hər zaman bunu inkar etdiyini bildirib.

Qeyd edək ki, 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

//Baku.ws
скачать dle 11.3

Son xəbərlər