Mojo.az Banner
21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda üç nəfəri zorladılar - Birinin 13 yaşı var

03.06.2019 16:40 7 278
Bakıda üç nəfəri zorladılar - Birinin 13 yaşı var
Bakının Nəsimi rayonunda 13 yaşlı qız zorlanıb.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Polisə yeniyetmənin anası şikayət edib. Qadının sözlərinə görə, cinayət iyunun 2-də onların şəxsi mənzilində törədilib. Uşağın anası deyib ki, qızı ilə cinsi əlaqədə olan şəxsin adı Rəsuldur.

20-ci Polis Bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəli şəxsin kimliyi müəyyən olunub. Məlum olub ki, cinayətkarın adı heç də Rəsul deyil. O, Masallı rayon sakini D.Nuriyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin saxlanması istiqamətində tədbirlər görür. D.Nuriyevin zorakılıq qurbanının evinə necə daxil olması və cinayətin digər təfərrüatı aydınlaşdırılır.

Qeyd edək ki, zorlama faktı ilə bağlı daha iki şikayət Suraxanı və Səbail rayonlarından daxil olub. Birinci halda Həzrət adlı şəxs 23 yaşlı qızı zorlamaqda ittiham edilir. Digərində isə bir kişi 45 yaşlı qadını cinsi əlaqəyə məcbur edib. O, qadını fotolarını yaxınlarına göstərəcəyi ilə hədələyib.

Hər iki halda zərərçəkənlər polisə müraciət ediblər. Faktlarla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner