Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Saatlıda özünü yandıran qadın Bakıda öldü

01.06.2019 14:30 2 687
Saatlıda özünü yandıran qadın Bakıda öldü
Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib.

1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib.

U.Muradova üstünə benzin tökərək özünü yandırmaqla intihar etmək istəyib.

Ətrafdakı adamların müdaxiləsi sayəsində yanğın söndürülüb və qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərilib.

Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilmişdi.

Hadisənin səbəbi hələlik məlum deyil.

//oxu.az

Son xəbərlər