Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məktəblər yeni qaydalarla mühafizə olunacaq

30.05.2019 16:29 1 681
Azərbaycanda məktəblər yeni qaydalarla mühafizə olunacaq
Dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir.

Bu barədə Təhsil nazirinin müavini İdris İsayev nazirlik tərəfindən media üçün keçirilən təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışı zamanı bildirib.

O bildirib ki, bu gün dərsliklərlə bağlı normativ baza olsa da, onlar səpələnmiş formadadır:

“Burada tələblər müəyyənləşməlidir. Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır.

Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək. Həmçinin, məcburi şəkildə peşəyönümlü xidmətlər təşkil ediləcək”.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, hazırda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi qanunda göstərilib:

“Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il edir. Şagird ümumi təhsil pilləsində 12 il ərzində təhsil alacaq”.

Nazirlik rəsmisi təhsil müəssisələrinin mühafizəsi barədə də danışıb:

“Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar altı ay müddətində tərtib olunub təqdim olunacaq”, - deyə nazirlik rəsmisi qeyd edib.скачать dle 11.3
Mojo.az Banner