Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

28.05.2019 18:55 1 670
Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb
Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.//milli.az

Son xəbərlər