Mojo.az Banner
17:20 "Qalatasaray"ın "Liverpul"la oyunu hansı kanalda yayımlanacaq?  |     17:04 91 milyon manata yaxın ƏDV geri qaytarılıb  |     16:37 Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb  |     16:19 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib  |     16:18 Çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ: Uyğunsuzluq necə araşdırılır?  |     15:51 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb  |     15:50 Günəşdə güclü partlayış oldu  |     15:48 "Hizbullah"a məxsus telekanalın direktoru öldürüldü  |     15:47 Bir çox müəllimin maaşı arta bilər - Nazir AÇIQLADI  |     14:35 Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib  |     13:58 İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb  |     13:57 İrandan dörd hindistanlı həkim Azərbaycana təxliyə edilib  |     13:43 Narkoloji Mərkəzin həbsdə olan vəzifəli şəxslərinin CƏZASI AZALDILDI  |     13:16 Almaniyadan 23 Azərbaycan vətəndaşı ölkəyə readmissiya olunub  |     13:14 Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı  |     13:13 Son iki ayda 900 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  |     13:12 Azərbaycanda MÜHÜM QƏRAR: Hansı şəxslərə pensiya ömürlük təyin edilməlidir?  |     13:11 "TikTok"da narkokuryerlik edən şəxs SAXLANILDI - VİDEO  |     13:09 Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA  |     13:08 Dövlət qulluğunda mükafat sistemi ləğv olunur  |    
Left Banner
Right Banner

“The Sun”: Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur

28.05.2019 18:01 1 922
“The Sun”: Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Böyük Britaniyanın “The Sun” nəşrində Azərbaycanın futbol hakimi Tofiq Bəhramov barədə geniş yazı dərc olunub.

Median.Az
xəbər verir ki, qəzet “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyələrini çatdırıb.

Qəzet məqaləsində azarkeşlərə mütləq Bakıda şəhər turuna çıxmağı tövsiyə edib.

Məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.

T.Bəhramovu 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçı məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub.


Məqalədə qeyd olunur ki, finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar: “Uembli”də 1966-cı il dünya çempionatının qalibi olan İngiltərə millisinin kapitanı Bobbi Murun heykəli var. “Old Trafford”da Aleks Ferqyuson, Mett Basbi, Corc Best və Bobbi Çarltonun abidəsi qoyulub. Ancaq Azərbaycanın paytaxtında yerli sakinlər sabiq referi Tofiq Bəhramovu bürünc heykəl formasında əbədiləşdiriblər. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə “Umebli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib”.


Məqalədə T.Bəhramovun hakimliklə yanaşı, futbolçu, məşqçi və idarəçi olduğu xatırladılıb. Onun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb. Həmin oyunda İngiltərənin “Tottenhem” klubu bu ölkənin digər təmsilçisi “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib.

Yazıda T.Bəhramovun oğlu Bəhramın da fikirlərinə yer verilib: “Atam həmişə deyirdi ki, finalda doğru qərar verib. Əlbəttə, mübahisəli epizoddur. Ancaq o, başını dik tutaraq, qol olduğunu bildirib. İndi Azərbaycanın müstəqil olduğu dövrdə onun Azərbaycan xalqının nümayəndəsi kimi xatırlanılması çox vacibdir. Tofiq Bəhramov kimi adamlar 100 ildə bir dəfə doğulur”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner