Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tver avtobus reysi açıldı - FOTO

27.05.2019 20:13 1 798
Bakı-Tver avtobus reysi açıldı - FOTO
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin istifadəsinə verilir.

Median.Az
Trend-ə istinadən bildirir ki, BBAK-dan verilən məlumata görə, mayın 28-dən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.

Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər müddəti təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.

Bakı-Tver-Bakı reysinə biletləri "avtovagzal.az" saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə etmək olar. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur, 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür:

"Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!"

скачать dle 11.3
Mojo.az Banner