Mojo.az Banner
23:02 Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb  |     22:49 Yaşlı qadına qarşı təcavüzdə ittiham olunan 26 yaşlı gənc həbs edildi  |     22:48 Tibbi-meteoroloji proqnoz açıqlandı  |     22:45 Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi  |     22:35 Gəncədə baş verən yanğın söndürüldü  |     22:15 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:04 Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb  |     21:52 Brent markalı neftin qiyməti 102 dolları ötüb  |     21:42 Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq  |     21:40 Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - Video  |     21:05 Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib  |     21:01 AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı  |     20:54 Ukraynaya 90 milyard avroluq kredit ayrıldı  |     20:49 Məşhur reper faşist adlandırıldı - Konsertləri ləğv edilir  |     20:41 Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı  |     20:36 Bazarlarda bu məhsullar UCUZLAŞDI - Video  |     20:30 Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı  |     20:24 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı  |     20:17 Bu, dünyanı qida fəlakətinə aparır  |     20:12 Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi  |    
Left Banner
Right Banner

Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

23.05.2019 17:03 3 145
Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb
Dünyada 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, bu problem uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:

“Dünyada təkcə 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib. Ölkə üzrə 2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, dördü isə növbəti, yəni 2019-cu ilə keçirilib.

İcra sənədlərinin yeddisi məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-si isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir.

Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır”.скачать dle 11.3
Mojo.az Banner