Mojo.az Banner
15:24 Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı (VİDEO)  |     15:14 Azərbaycandan tranzit keçməklə Ermənistana propan qazı göndəriləcək  |     15:11 Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?  |     15:04 Dünya bazarında "Brent" markalı neft ucuzlaşdı  |     14:58 "Arzum" yenidən hakim qarşısına çıxarılacaq  |     14:54 Tbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA  |     13:25 Azərbaycan şahinlərinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - Video  |     13:17 Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış  |     13:11 Venesuelada zəlzələ qurbanlarının sayı artmaqda davam edir - SON STATİSTİKA  |     13:09 Paşinyan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiyaya etdi  |     13:07 Tramp və Zelenski Ankarada görüşəcək  |     13:06 Yerin orbital sürəti minimumadək yavaşlayacaq  |     13:05 Qırmızı vərəqə aldı, amma oynayacaq: FIFA Baloquna yaşıl işıq yandırdı  |     12:53 Bakının mərkəzində PULSUZ mikroavtobuslar fəaliyyətə başladı - FOTO  |     11:41 Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi  |     11:37 Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü  |     11:27 II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı  |     23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |    
Left Banner
Right Banner

XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

22.05.2019 19:01 1 362
XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub
XX əsrin ən zəngin insanlarından sayılan Con Rokfeller hazırda 117 milyard dollarlıq varidatı olan “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdan üç dəfə zəngin olub.

Bu barədə “Bloomberg” yazır.

Materialın müəllifləri dünya tarixinin müxtəlif dövrlərində mövcud olmuş qiymətlər və pul dəyərlərini müqayisə etməyə imkan verən metodika yaradıb. Rokfeller 1937-ci ildə 1,5 milyard dollar varidata malik idi. İnflyasiya səviyyəsi nəzərə alınsa, onun aktivləri indiki zamanla 26 milyard dollara yaxın olub.

Habelə araşdırmanın müəllifləri başqa yanaşma tətbiq edib. Onlar Rokfellerin aktivlərinin həmin dövrdə ABŞ-ın ümumidaxili məhsulunun 1,6 faizini təşkil etdiyini nəzərə alaraq, bu rəqəmi müasir şərtlərlə müqayisə edib. Beləcə, neft maqnatının Bezosdan üç dəfə daha varlı olduğu müəyyən edilib.

Bundan başqa, ötən əsrin poladtökmə maqnatı Endrü Karneqi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsdən (müvafiq olaraq 321 milyard dollar, 213 milyard dollar), dəmiryolları maqnatı Kornelius Vanderbilt isə “Berkshire Hathaway” təsisçisi Uorren Baffetdən (müvafiq olaraq 238 milyard dollar, 93 milyard dollar) daha zəngin olub.скачать dle 11.3
Mojo.az Banner