Mojo.az Banner
14:45 Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı  |     14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |     12:40 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb  |     12:39 Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     12:21 Maykl Cekson haqqında bioqrafik film rekord qırdı  |     12:03 "Benfika"nın sabiq futbolçusu qəzada həlak oldu  |     11:47 İnternet kabelinə görə ölümlə bitən mübahisənin TƏFƏRRÜATI - Ailə bir neçə nəfərdən şübhələnir (Video)  |     11:45 Türkiyədə kurortda onlarla turist xəstəxanaya yerləşdirildi  |     11:25 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |    
Left Banner
Right Banner

Ata hələ dünyaya gəlməyən uşağını öldürdü - VİDEO

17.05.2019 23:20 1 931
Ata hələ dünyaya gəlməyən uşağını öldürdü - VİDEO
Abşeronda kişi hamilə həyat yoldaşını bıçaqlayaraq bətnindəki uşağını öldürüb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Abşeron rayon Fatmayi qəsəbəsində baş verib. 22 yaşlı Şəmil Abdullayev hamilə həyat yoldaşı 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib. Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

1 saylı Kliniki Tibbi Mərkəzin həkim-cərrahı Kamil Hacıyev deyir ki, ağır vəziyyətdə xəstəxanaya daxil olan qadının bədənində 7-8 bıçaq yarası aşkar edilib. Qadın dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, Səbinə ailə hayətı qurduqdan sonra Ağstafa rayonunda yaşayırmış. Ailədə tez-tez mübahisə olduğundan bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayidə öz yanlarında saxlayıblar.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşarı gələrək araşdırmalar aparıblar. Polis idarəsindən verilən məlumata görə, hadisəni törədib qaçan Şəmil Abdullayev hələ tutulmayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

скачать dle 11.3
Mojo.az Banner